Qırmızı dənizdə artan Husi hücumlarının arxasında İranın olduğunu müdafiə edən ABŞ rəhbərliyi bu hücumlar qarşısında müttəfiq ölkələrlə Dəniz İşçi Qrupunun yaradılması prosesinin davam etdiyini bildirib.
Gununsesi.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumları dəyərləndirib.
Kirbi sözügedən hücumların arxasında İranın olduğunu bildirirək, “Silahları İran verir, tətiyi husilər çəkir” kimi qiymətləndirmələr edib.
Kirbi həmçinin bir çox müttəfiq ölkənin sözügedən hücumların qarşısını almaq üçün ABŞ-ın rəhbərliyi ilə yaradılacaq Dəniz İşçi Qrupuna qoşulmaq niyyətini ifadə etdiyini açıqlayıb və danışıqların davam etdiyini və yaxın zamanda konkret hadisələrin olacağını bildirib.
Kirbi 39 ölkənin iştirak edəcəyi Dəniz İşçi Qrupunun Qırmızı dənizdə husilərin hücumlarının qarşısının alınmasında çox təsirli olacağına inandıqlarını vurğulayıb.
Tehran rəhbərliyi isə “Qırmızı dənizdəki hücumlarla əlaqəsi var və bu baxımdan husiləri dəstəklədikləri” iddialarını rədd edir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yəməndəki Husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı hücumlarına qarşı beynəlxalq “Dəniz İşçi Qrupu” yaratmaq üçün danışıqlar apardıqlarını açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial media platformasında verilən açıqlamada Qırmızı dənizin cənubunda beynəlxalq sularda 3 ticarət gəmisinə 4 hücumun təşkil edildiyi bildirilib.
Açıqlamada Qırmızı dənizin cənubunda ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “USS Carney” esminesinin kommersiya gəmilərinin kömək çağırışına cavab verdiyi və esminesin gəmilərə kömək edərkən ona doğru irəliləyən 3 İHA-nı vurduğu bildirilib.
Qeyd edək ki, husilərin lideri Əbd əl-Malik əl-Husi noyabrın 14-də televiziyadakı çıxışında Qırmızı dənizdəki İsrail gəmilərini raketlər və İHA-larla hədəfə ala biləcəkləri ilə hədələmişdi.
Gununsesi.info