ABŞ Dövlət Departamenti Yəməndə husilərə dəstək verən bir şəxsi və üç təşkilatı sanksiya siyahısına daxil etdiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller tərəfindən edilən yazılı açıqlamada bildirilib. “Birləşmiş Ştatlar bu gün maliyyə yardımını asanlaşdıran və İranın beynəlxalq gəmiçiliyə hücumlarına və Husilərə qarşı sabitliyi pozan digər fəaliyyətlərə şərait yaradan bir şəxsə və üç təşkilata qarşı sanksiya tətbiq etməyə qərar verdi”, – deyə o qeyd edib.
Açıqlamada adı açıqlanmayan şəxslər və təşkilatların “İranda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri ilə təmasda olan və ABŞ-ın sanksiyalar siyahısında yer alan Səid əl-Camalın göstərişi ilə husilərə milyonlarla dollar vəsaitin çatdırılmasına dəstək verdiyi bildirilib.
Açıqlamada husilərin Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq gəmiçiliyə davam edən hücumlarının bölgədəki sərbəst ticarət axınının pozulmasına səbəb olduğu və oktyabr ayından bəri husilər “beynəlxalq hüququ açıq şəkildə pozaraq, Yəmənin sahil xətti yaxınlığından keçən ticarət gəmilərinə çoxsaylı raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyi” bildirilib.
Açıqlamada ABŞ-ın “İranın Husilərə qeyri-qanuni maliyyə dəstəyinə qarşı mübarizəni davam etdirəcəyi” ifadə edilərək beynəlxalq ictimaiyyəti “Husilərin və onların İranlı dəstəkçilərinin sabitliyi pozan fəaliyyətlərinə qarşı” dayanmağa çağırılıb.
Gununsesi.info