ABŞ-dan “İraqdan çəkilmə” AÇIQLAMASI

  • By admin
  • 09 Yanvar 2024 13:14

İraqın “ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin ölkədə mövcudluğuna son qoyulacaq” bəyanatından sonra ABŞ Müdafiə Nazirliyi (Pentaqon) əsgərlərini İraqdan çıxarmaq planlarının olmadığını bildirib.

Gununsesi.info xəbər verir ki, Pentaqonun sözçüsü Patrik Rayder gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Rayder İŞİD-ə qarşı mübarizə çərçivəsində yaradılan “Inherent Resolve Operations Joint Task Force” (CJTF-OIR) missiyalarına diqqəti davam etdirdiklərini bildirib.

Rayder İraq hökumətinin dəvəti ilə bölgədə olduqlarına diqqət çəkib.

Yanvarın 4-də Bağdadda ABŞ-ın hava hücumu nəticəsində İrana yaxın “Həşdi-Şabi”yə bağlı milis qüvvələri olan Nuceba Hərəkatının liderlərindən olan “Əbu Təkva əs-Səidi” adlı şəxsin öldürüldüyü bildirilib.

İraq hökuməti daha sonra terror təşkilatı İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı hücuma görə məsuliyyət daşıdığını bildirib. İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də yanvarın 5-də bəyanat verərək, ABŞ-ın Bağdaddakı “Həşdi Şabi” qərargahına hücumunu pisləyib.

“Hökumət olaraq biz koalisiya qüvvələrinin mövcudluğuna tamamilə son qoymaq üçün ikitərəfli komissiyanın yaradılması prosesindəyik”, – deyə baş nazir bildirib.

Gununsesi.info