ABŞ-dan İsrailə nəhəng yardım paketi

ABŞ Konqresinin Nümayəndələr Palatası respublikaçıların təklif etdiyi İsrailə 14,3 milyard dollar yardımın ayrılması ilə bağlı qanun layihəsini dəstəkləyib.

Gununsesi.info xəbər verir ki, 226 konqresmen qanun layihəsinin təsdiqinin lehinə, 196-sı isə əleyhinə səs verib.

Yardım planına İsrailin “Dəmir Qübbə” və “Davudun sapandı” hava hücumundan müdafiə sistemlərinin alınması üçün 4 milyard dollar və Iron Beam sisteminin inkişafı üçün 1,2 milyard dollar daxildir.

Qeyd edək ki, qanun layihəsinin qanuna çevrilməsi üçün Senatdan keçməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.

Gununsesi.info