ABŞ-dan İsrailə qınama – Kəskin şəkildə qarşıyıq

  • By admin
  • 19 May 2023 11:18

Amerika Dövlət Departamenti İsraili qınayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu qurumun sözçüsü Matthew Miller etdiyi açıqlamasında Qüdsdəki yürüşdə yəhudilərin irqçi sloqanlar səsləndirməsini qınanyıb.

Miller sosial media hesabından etdiyi paylaşımında “ABŞ hər cür irqçi hərəkətə kəskin bir şəkildə qarşıdır. Qüdsdə gerçəkləşdirilən etirazlarda “Ərəblərə ölüm”, şəklində atılan nifrət şüarlarını qınayırıq.”, – deyə bildirib.

Xatırladaq ki, Qüds Günü yürüşündə on minlərlə aşırı millətçi yəhudi nifrət dolu sloqanlarla Məscidi-əqsaya girərkən irqçi fikirlər səsləndiriblər: “Məhəmməd öldü, Kəndiniz yansın, Ərəblərə ölüm”.

İsrail polisi bu olayları izləməklə kifayətlənib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info