ABŞ-dan Kəlbəcərin atəşə tutulmasına reaksiya: Ermənistan və Azərbaycanı...

ABŞ Azərbaycan və Ermənistanı sərhəddəki situasiyanın deeskalasiyası üçün təcili addımlar atmağa çağırır.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

HTML tutorial

“ABŞ Ermənistan-Azərbaycan sərhədi boyunca bir müddət öncə baş tutan zorakılıq eskalasiyasını qınayır. Biz Ermənistan və Azərbaycanı atəşkəslə bağlı öhdəliklərini icra etməyə çağırırıq”, – deyə o bildirib.

Onun sözlərinə görə, sərhəddə saxlanılan gərginlik göstərir ki, yalnız yerdə qalan məsələlərin hamısına aid olacaq hərtərəfli həll iki ölkə arasında münasibətləri normallaşdıra və region sakinlərinin bir yerdə yaşamasına imkan verə bilər. ABŞ Dövlət Departamenti həmçinin Bakı və İrəvanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında danışıqlara tezliklə qayıtmağa çağırış edib.