ABŞ-dan Kipr müzakirələrinə dəstək

  • By admin
  • 09 İyun 2017 11:33

05

ABŞ-ın vitse-prezidenti Mayk Pens Amerika Birləşmiş Ştatlarının Kiprdəki sülh danışıqlarını dəstəkləyəcəyini bəyan edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki ABŞ-da rəsmi səfərdə olan Cənubi Kipr Yunan Respublikasının prezidenti Nikos Anastasiadis Ağ Evdə ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşüb.

Belə ki, görüşdə Mayk Pens Kiprdəki sülh danışıqlarını dəstəkləyəcəyini Nikos Anastasiadisin diqqətinə çatdırıb.

Eyni zamanda Mayk Pens ABŞ-ın BMT-də Kiprin federal sistemdə yenidən birləşdirilməsini nəzərdə tutan sülh proqramınını müzakirələrinin yenidən başlanmasını da dəstəklədiyini deyib.

Həmçinin Mike Pence Kiprin türk və yunan liderləri arasında Kiprin federal sistemdə yenidən birləşdirəcək bir razılaşmanın əldə olunacağına ümid etdiyini vurğulayıb.

Sonda Mayk Pens İŞİD-lə mübarizəsinə dəstək olduğu üçün Nikos Anastasiadisə təşəkkür edib.

Anar

Gununsesi.info