ABŞ-dan lazer XƏBƏRDARLIĞI: Təyyarələr üçün böyük risk

  • By admin
  • 02 Fevral 2024 14:32

ABŞ-da təyyarələrin lazerlə işarələnməsi insidentlərinin 41 faiz artması təhlükəsizliklə bağlı narahatlıqlara səbəb olub.

Gununsesi.info xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) 2023-cü ildə təyyarələrdə lazerlərin işıqlandırılması ilə təhlükəsizlik riski yaradan hadisələrin 41 faiz artdığını açıqlayıb və ciddi təhlükə barədə xəbərdarlıq edib.

FAA 2010-cu ildən bəri təyyarələrdə baş verən lazer hadisələrini izlədiklərini və 2023-cü ildə 13 min 304 xəbərin alındığını bildirib.

Təyyarələrdə lazer işıqlandırması ilə pilotların görmə qabiliyyətinə təhlükə yaradan şəxslər üçün bir dəfə lazerlə işıqlandırma hadisəsi üçün cərimənin 11 min dollar olduğuna diqqət çəkən FAA birdən çox lazer parıltısı hadisəsinə qarışan şəxslər üçün cəzanın 30 800 dollar olduğunu açıqlayıb.

FAA həmçinin bildirib ki, “Pozuçular federal, əyalət və yerli hüquq-mühafizə orqanları tərəfindən də cinayət cəzası ilə üzləşə bilər”.

Gununsesi.info