ABŞ-dan Netanyahuya daha bir etiraz: “Biz bunu istəmirik”

  • By admin
  • 26 Fevral 2024 09:12

Ağ Evin milli təhlükəsizlik müşaviri Cek Sallivan, İsrail rəsmiləri ilə görüşlərində Rəfahda mülki insanları qorumaq planı görmədən “hərbi əməliyyat” istəmədiklərini açıq şəkildə ifadə etdiklərini bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Sallivan qeyd edib ki, ABŞ prezidenti Co Baydenə Rəfahda mülki əhalinin müdafiəsi planı təqdim edilməyib. “Söhbət Qəzzanın digər tərəfində aparılan əməliyyatlar səbəbindən kiçik bir əraziyə sıxışdırılmış 1 milyon insandan gedir. Eyni zamanda, bütün humanitar yardım sistemi buradadır”, – deyə o əlavə edib.

Sallivan bildirib ki, İsrail rəsmiləri ilə keçirdikləri bütün görüşlərdə mülki əhalinin müdafiəsi, təhlükəsizliyin, qidanın, geyimin və sığınacaqların təmin edilməsi planı olmadan Rafahda əlavə “hərbi əməliyyat” keçirmək istəmədiklərini açıq şəkildə ifadə ediblər.

Baydenin planı görənə qədər İsrailə silah satışını dayandırması ehtimalının olub-olmadığını soruşduqda, Sallivan fərziyyələr irəli sürmək istəmədiyini, fikirlərini bu çərçivəfə İsrailə açıq şəkildə çatdırdıqlarını və Tel-Əvivin geri dönməsini gözlədiklərini söyləyib.

Sallivan Parisdə ABŞ, İsrail, Misir və Qətər arasında aparılan danışıqların təfərrüatlarına varmayacağını, lakin əsir mübadiləsinin və döyüşlərin dayandırılmasının necə həyata keçiriləcəyi ilə bağlı “ümumi anlaşma”nın əldə edildiyini bildirib.

Misir və HƏMAS rəsmilərinin Qətərdə əlavə görüşlər keçirəcəklərini ifadə edən Sallivan, məsələ ilə bağlı yekun razılığa gəlmək üçün səylərin davam etdiyini ifadə edərək, “Gözləyib görəcəyik” deyib.

İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, əsir mübadiləsi razılaşması olarsa, Qəzza zolağına hücumlardan qaçan 1,5 milyon insanın sığındığı cənubdakı Rəfah şəhərinə hücum “gecikilə bilər”.

Digər tərəfdən, İsrail ordusu Qəzza şəhərində cənubdan gələn yardım maşınlarını gözləyən fələstinliləri hədəfə alıb, azı 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

Gununsesi.info