ABŞ-ın Türkiyədəki səfiri Con Bass PKK-ya tərk-silah çağırışı edib.
Gununsesi.info-nun “Türkiye” qəzetinə istinadən verdiyi xəbərə görə, NTV müxbiri Ahmet Yeşiltepenin sualları cavablandıran C. Bass terror təşkilatı PKK-nın silahı buraxmalı, tərəflərin problemi danışıqlar yolu ilə həll etməli olduğunu deyib.
Eyni zamanada C. Bass ABŞ-ın Ankarada Rusiya səfirinin qətlində iştirakına dair ittihamları rədd edib: “Birləşmiş Ştatların Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə heç bir əlaqəsi yoxdur. Türkiyədə baş verən son terror hadisəsini ciddi şəkildə qınayırıq” – deyə səfir sözlərinə əlavə edib.
Anar
Gununsesi.info