
ABŞ-ın Türkiyənin etirazına baxmayaraq terror təşkilatı PKK-nın Suriya qolu YPD-yə silah və zirehli maşın yardımı davam edir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 100-ə yaxın silah dolu yük maşını Rəqqanın şimalındakı PKK-çılara göndərilib.
Belə ki, iyulun 31-də hərbi texnika və sursat daşıyan 100 yük avtomobili İraq sərhədindən keçərək təşkilatın nəzarətindəki Hasekeye daxil olub.
Konvoyda ABŞ ordusunun istifadə etdiyi yüksək hərəkət qabiliyyətli zirehli “Hummer”lər, 4×4 Ciplər və xüsusi mina təmizləyən texnika diqqəti çəkib.
Anar
Gununsesi.info