ABŞ-dan rus səfirin öldürülməsi ilə bağlı - Açıqlama

  • By admin
  • 19 Dekabr 2016 21:50

kirb_i

 

ABŞ Dövlət Departamenti Ankarada Rusiya səfirinə olan hücumu pisləyir.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibliyinin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında verib.

Onun sözlərinə görə, səbəb və mənbənin nə olmasından asılı olmayaraq, ABŞ bu əməli pisləyir: “Yaxınlarına başsağlığı verir, səbir diləyirik”.

Xatırladaq ki, bu gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd həyata keçirilib və səfir dünyasını dəyişib.

Gununsesi.info