ABŞ-dan Rusiyaya SANKSİYA HƏDƏSİ: Moskva bu addımı atsa...

  • By admin
  • 06 Dekabr 2021 22:16

“Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə Birləşmiş Ştatlar Moskvaya iqtisadi zərər vurmağa hazırdır”.

Gununsesi.info “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu jurnalistlərə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib.

O bildirib ki, Rusiya dəfələrlə Ukraynaya “işğal planı” hazırlamaqla bağlı ittihamları rədd edib:

“Maliyyə sanksiyalarına gəlincə, biz avropalı tərəfdaşlarla Rusiyanın Ukraynada böyük hərbi eskalasiyası halında birlikdə nə edəcəyimizlə bağlı gərgin müzakirələr aparırıq. Biz inanırıq ki, həm Avropadan, həm də ABŞ-dan Rusiya iqtisadiyyatına ciddi iqtisadi zərəri ehtiva edən əhəmiyyətli əks tədbirləri əhatə edəcək bir yolumuz var”.

Gununsesi.info