ABŞ-dan sərt ittiham - "BUNUN ARXASINDA İRAN DAYANIR"

  • By admin
  • 10 Noyabr 2017 20:26

Yəməndən Səudiyyə Ərəbistanına ballistik raket atışlarının arxasında İran dayanır.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Hava Qüvvələri Mərkəzi bəyan edib.

Mərkəzin bəyanatında qeyd olunur ki, Yəmənin istifadə etdiyi raketlərin arxasında İranın dayandığı açıq-aşkar görünür:

“Savaşmaq əvəzinə problemin diplomatik həlli yolunu tapmaq lazımdır”.

Qeyd edək ki, noyabrın 4-də Yəməndən Səudiyyə Ərəbistanına uzaq mənzilli raketlər atılıb və paytaxt ər-Riyadın Kral Xalid hava limanının yaxınlığında boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Gununsesi.info