ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə silahı proqramı ilə bağlı təhdid dolu bir açıqlama verib.
O bildirib ki, əgər Çin kömək etməsə, ABŞ bu işin öhdəsindən təkbaşına gələcək:
“Çin Şimali Koreya mövzusunda bizə ya kömək edəcək, ya etməyəcək. Əgər kömək edərsə, bu, Çinin xeyrinədir. Kömək etməsə, məsələ heç kimin xeyrinə həll olunmayacaq”.
Keçən ay Dövlət katibi Reks Tillerson Çinə səfər etmiş və Pekin rəhbərliyindən Şimali Koreyadan gələn təhdidin azaldılması uğrunda addım atmasını istəmişdi.
Bu həftə isə Donald Tramp mövzu ilə bağlı Çinin dövlət başçısı Şi Cinpinqi qəbul edəcək.
Gununsesi.info