ABŞ-dan Şimali Koreyaya son xəbərdarlıq

  • By admin
  • 17 Aprel 2017 12:01

tramp_2746565

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın prezident köməkçisi Mayk Pens Şimali Koreyanın nüvə silahına qarşı göstərdikləri “strateji səbr”in tükəndiyini açıqlayıb.

Şimali Koreyanın ilk nüvə silahi sınaqlarının üstündən yarım əsr keçdiyinə və ABŞ-ın bu qədər səbrli davrandığına diqqət çəkən Pens Şimali Koreyanın nüvə silahlarının inkişafını dayandırmasını istəyib.

Şimali Koreyanın bir gün öncəki mərmi atışını “təcrübə” kimi qiymətləndirən Mayk Pens ABŞ və müttəfiqlərinin Cənubi Koreyanı qorumaq üçün nə lazımdırsa, edəcəklərini qeyd edib.

Pensin 10 günlük Asiya səfəri çərçivəsində Cənubi Koreya, Yaponiya, İndoneziya və Avstraliyanın dövlət başçıları ilə görüşəcəyi gözlənilir.

Onu da qeyd edək ki, ABŞ-ın Müdafiə Nazirliyinin bir gün əvvəl verdiyi yazılı açıqlamada “ABŞ Şimali Koreyanın mərmi atışını 15 aprel Havay saatı ilə 11:21-də təyin etdi və izlədi” ifadələri yer alıb.

Açıqlamada, həmçinin, mərmi atışının Sinpo şəhəri yaxınlığından həyata keçirildiyi və qısa müddətdən sonra partladığı qeyd olunub.

Nigar

Gununsesi.info