
Suriyada mühasirədən çıxan İŞİD terrorçuları Türkiyəyə doğru hərəkət edir.
Gununsesi.info DHA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Bağdaddakı koalisyon qüvvələrin sözçüsü polkovnik Kris Garver jurnalistlərə açıqlamasında deyib.
O deyib ki, Suriyanın Minbiç yaşayış mənətəqəsində olan İŞİD terrorçuları mühasirədən çıxaraq Türkiyə istiqamətində hərəkət edirlər. “Haradasa 200-dək İŞİD terrorçusu maşınla Türkiyə istiqamətinə hərəkət edir və onların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir”- deyə, K.Garver vurğulayıb.
Gununsesi.info