ABŞ-dan şok BMT qərarı

  • By admin
  • 20 İyun 2018 11:44

ABŞ-dan şok BMT qərarı

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley ölkəsinin BMT İnsan Haqları Şurasından çıxacağını bildirib.

Gununsesi.info “Ölkə.Az”-a istinadən xəbər verir ki, diplomat İsrail əleyhinə çıxış etdiyi səbəbindən 47 üzvlük BMT İnsan Haqları Şurasından keçən il çıxacağını bildirmişdi. ABŞ-ın qərarı BMT İnsan Haqları Ali Komisarı Zeyd Əl Hüseynin Trampın miqrantlara pis davranması sərhədi qeyri-qanuni yollarla keçən ailələrin uşaqlarının əllərindən alınaraq başqa yerdə saxlanılmasına dair tənqidlərindən sonra qəbul edilib.

Qeyd edək ki, ABŞ bir müddət əvvəl də Paris İqlim Müqaviləsindən, BMT Təhsil, Elm və Mədəniyyət qurumu olan YUNESKO-dan və İranla imzalanan nüvə müqaviləsindən çıxmışdı.