ABŞ-dan sonra daha bir ölkə YUNESKO-dan çıxır

  • By admin
  • 12 Oktyabr 2017 21:23

unee-640x360
Xəbər verdiyimiz kimi, ABŞ bu il dekabrın 31-də YUNESKO-dan çıxacağını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu açıqlamadan sonra İsrailin baş naziri Benyamin Netanyahu da qurumdan ayrılmaq üçün hazırlıqların başlanması barədə göstəriş verib.

Qeyd edək ki, ABŞ YUNESKO-dan ayrılmasına səbəb kimi təşkilatda İsrailə qarşı mövqe sərgilənməsini göstərib. Belə ki, ötən ilin noyabrında Fələstinin quruma üzv qəbul edilməsindən sonra ABŞ təşkilata edəcəyi 60 milyon dollarlıq yardımı təxirə salmışdı.
Gununsesi.info