ABŞ-ın Ankaradakı səfirliyi təhlükəsizlik xəbərdarlığında Amerika şirkətlərinə qarşı Türkiyə daxilində etiraz aksiyaları və hücumlar ehtimalına qarşı ehtiyatlı olmağa çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
“ABŞ-ın xarici siyasətini tənqid edən nümayişlərin, eləcə də Amerika şirkətlərini boykot çağırışlarının davam edəcəyi gözlənilir. Böyük izdihamın toplanması daha çox polisin yerləşdirilməsi, yolların bağlanması və nəqliyyatın hərəkətinin pozulması ilə nəticələnə bilər”, – deyə paylaşımda bildirilir.
Səfirliyin yaydığı məlumatda qeyd olunur ki, istənilən nümayiş, hətta dinc xarakter daşıyan nümayişlər də zorakılıqla müşayiət oluna bilər. “Türkiyədə məşhur Amerika kafe və “fast food” şəbəkələrinə qarşı son etirazlar bu bizneslərdə fasilələrə səbəb olub, maddi ziyan və xəsarətlərlə nəticələnib”, – deyə bildirilib.
Security Alert: Demonstrations and Attacks on Certain U.S. Branded Businesseshttps://t.co/yHuC1sgC5F pic.twitter.com/8sOs3mQkkX
— U.S. Embassy Türkiye (@USEmbassyTurkey) November 8, 2023
Gununsesi.info