Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri (ZRS) ilə bağlı məsələ həll olunarsa, ABŞ Türkiyəni Amerikanın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.
Gununsesi.info xəbər verir ki, bunu CNN Türk-ə müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.
Onun sözlərinə görə, tərəflər “Patriot” hava hücumundan müdafiə sisteminin satışı ilə bağlı danışıqlar prosesində idilər, lakin Türkiyə başqa istiqamətə gedib.
“Beləliklə, bu gün bir neçə müzakirə apardıq. Aydındır ki, S-400 ilə bağlı məsələni həll edə bilsək, bu, bizim istədiyimizdir, ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olacaq. Amma əvvəlcə həll etməliyik. Biz bunu həll etməliyik, eyni zamanda Türkiyəni güclü hava hücumundan müdafiə sistemi ilə təmin etməliyik”, – amerikalı diplomat qeyd edib.
Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra F-35 proqramından çıxarılıb.
Gununsesi.info