Türkiyənin xarici işlər naziri Fidan Yaxın Şərq turnesi çərçivəsində Türkiyəyə səfər edən ABŞ dövlət katibi Blinkenlə görüşüb. Görüşün əsas gündəmi Qəzzada davam edən müharibədir.
Gununsesi.info xəbər verir ki, Fidan və Blinken Xarici İşlər Nazirliyində keçirilən görüşdən əvvəl mətbuata açıqlama veriblər. Daha sonra iki nazirin görüşü başlayıb.
ABŞ dövlət katibi Blinken Türkiyəyə gəlməzdən əvvəl Yaxın Şərq turnesi çərçivəsində ilk olaraq İsrailin paytaxtı Təl-Əvivə səfər edib. Blinken daha sonra İordaniyanın paytaxtı Əmmanda İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri ilə İsrailin Qəzzaya hücumları ilə bağlı görüş keçirib.
ABŞ dövlət katibi Blinken daha sonra İordan çayının qərb sahilində Fələstin prezidenti Mahmud Abbasla görüşərək, “sürpriz” səfər edib.
İordan çayının qərb sahilindən sonra Cənubi Kiprə gedərək, Cənubi Kipr Rum Administrasiyasının lideri Nikos Hristodulidis ilə görüşən Blinken, oradan İraqın paytaxtı Bağdada gedərək İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə Qəzzadakı hadisələri müzakirə edib.
Blinkenin Ankaradan sonra Tokio, Seul və Yeni Dehliyə səfəri gözlənilir.
Gununsesi.info