ABŞ-dan Ukraynaya dəstək davam edir: - Yeni silahlar yoldadır

ABŞ administrasiyası Ukraynaya hərbi dəstək paketini təsdiqləyib. Paketin təxmini dəyərinin 375 milyon dollar olduğu açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Pentaqondan edilən açıqlamada, “Müdafiə Nazirliyi, Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizədə üstünlük təşkil etməsi üçün, lazım olan vasitələrə sahib olmasını təmin etmək məqsədi ilə əlavə təhlükəsizlik dəstəyini açıqladı. Bu çərçivədə havadan yerə silahlar- raket sistemləri qarşılanacaq. Bura həmçinin artilleriya sursatları, zirehli maşınlar və tank əleyhinə silahlar da daxil olmaqla, əlavə imkanların təmin edilməsi üçün təxmini dəyəri 375 milyon dollar olan paketin təsdiqlənməsi daxildir.”

Qeyd edək ki, ABŞ-ın təqdim etdiyi dəstək paketinə çoxsaylı reaktiv yaylım atəşi sistemləri (HIMARS), 155 və 105 millimetrlik artilleriya mərmiləri, TOW raketləri, Javelin, AT-4 tipli zirehli deşici raketlər, M1117 tipli zirehli maşınlar, minaya davamlı zirehli maşınlar, yüngül zirehli maşınlar, o cümlədən körpü maşınları, patrul katerləri və digər hərbi texnikalar da daxildir.

Orxan Saffari

Gununsesi.info