ABŞ-dan Ukraynaya növbəti YARDIM

Birləşmiş Ştatlar hökuməti Ukraynaya növbəti hərbi yardım paketi çərçivəsində Kiyevə HIMARS reaktiv yaylım atəşi sistemləri üçün əlavə sursatlar verəcək.

Gununsesi.info xəbər verir ki, bundan başqa ABŞ Ukraynaya HARM antiradar raketlərinin yeni partiyasını və 4 ədəd 105 mm-lik haubitsa göndərəcək.

HTML tutorial

Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Amerika Ukraynaya 36 min ədəd 105 millimetrlik artilleriya mərmisi, 100 ədəd zirehli maşın, 5 mindən çox tank əleyhinə sistem, atıcı silahlar üçün 1,5 milyon patron, uzaqdan minalama üçün 1 000 ədəd 155 millimetrlik mərmi, əlavə qumbaraatanlar və və atıcı silahlar, tibbi zirehli maşınlar və gecəgörmə sistemləri yollayacaq.

Yeni yardım paketinin ümumi dəyəri 675 milyon ABŞ dolları təşkil edəcək.

Qurumdan bildirilib ki, ABŞ yaxın həftələrdə NATO ilə görüş keçirərək Ukrayna Silahlı Qüvvələrinə Qərbdən hərbi dəstək yollarını müzakirə edəcək.

Gununsesi.info