
ABŞ – ın ən böyük donanma gəmilərindən biri olan “Teodor Ruzvelt” Cənubi Koreyanın Pusan şəhərinə gəlib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın da qatılacağı üçlü təlimi Rusiya prezidenti V.Putinin Şimali Koreya və Vyetnam səfərinə cavab kimi qiymətləndirilir.
ABŞ – ın raket daşıyan USS Halsey və döyüş gəmisi USS Daniel Inouye də “Teodor Ruzvelt”i müşaiyət edir.
Qeyd edək ki, ABŞ Cənubi Koreya və Yaponiya ordularının birgə təlimi hava, dəniz , sualtı və kiber daxil olmaqla müxtəlif sahələrdə keçiriləcək.
Xəqani
Gununsesi.info