ABŞ-dan Yaponiyaya jest: Nüvə sınaqları çirklənməsini aşkarlaya bilən təyyarə göndərdi

  • Müəllif: admin
  • 17 Yanvar 2020 08:56

ABŞ, Yaponiyanın Okinava adasındakı “Kadena” Hərbi Hava Qüvvələri avia bazasına nüvə silahı sınaqlarından yaranan radioaktiv çirklənmələri aşkarlayan “WC-135W Constant Phoenix” radiotexniki dəstək təyyarəsini yerləşdirib.

Gununsesi.org-un məlumatına görə, ABŞ-ın bu təyyarəni Yaponiyaya göndərməsi, Koreya yarımadasında gərginliyin artması fonunda, KXDR-nın nüvə fəaliyyətini izləməyi gücləndirmək üçün bir addımdır.

Qeyd edək ki, 1986-cı ildə Çernobıl qəzasından sonra atmosferin vəziyyətini izləmək üçün bu tip təyyarə Avropada yerləşdirilmişdi.

Gununsesi.org