ABŞ Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, İordaniya və BƏƏ-də “Patriot” raketləri də daxil olmaqla Yüksək Hündürlükdə Terminal Hava Hücumundan Müdafiə Sistemlərini (THAAD) yerləşdirmək qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, “Wall Street Journal”ın məlumatına görə, ABŞ İsrailin Qəzzaya qarşı mümkün quru əməliyyatından əvvəl Səudiyyə Ərəbistanı, Küveyt, İordaniya, İraq, BƏƏ və Qətərə yerləşdirilmək üçün Terminal Yüksək Hündürlükdə Hava Hücumundan Müdafiə Sistemləri (THAAD) və Patriotlar göndərəcək.
ABŞ bu yaxınlarda İraq və Suriyadakı ABŞ bazalarına raket hücumları səbəbindən hər iki ölkəyə raket buraxıcı qurğular yerləşdirmişdi.
Digər tərəfdən, ABŞ bazalarına edilən hücumlarla bağlı uzun sürən sükutu pozdu. ABŞ Mərkəzi Komandanlığı CENTCOM İraq və Suriyadakı Amerika bazalarına edilən hücumlarda 24 ABŞ əsgərinin yaralandığını açıqlayıb.
ABŞ Müdafiə Nazirliyi Pentaqon ABŞ komandirlərinin İsrail Müdafiə Qüvvələrinə məsləhət vermək üçün bölgəyə göndərildiyini açıqlayıb. Bildirilib ki, komandirlər əməliyyata rəhbərlik etməyəcək və yaşayış məntəqələrindəki döyüşlərdə təcrübələrini bölüşmək üçün orada olacaqlar.
Səid Əhmədli
Gununsesi.info