ABŞ-dan yeni qərar: Feysbuk və FTB birgə çalışacaq

  • By admin
  • 17 Fevral 2018 22:28


Feysbuk rusların və digər qüvvələrin seçkilərə müdaxiləsinin qarşısını almaq üçün Federal Təhlükəsizlik Bürosu (FTB) ilə birgə çalışacaq.

Gununsesi.info xəbər verir ki, şirkətdən verilən açıqlamada Feysbukun təhlükəsizlik işçilərini 2 dəfə artıraraq 20 min nəfərə çatdıracağı bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampla Rusiya arasındakı əlaqələri araşdıran xüsusi prokuror Robert Müller Rusiyanın 13 vətəndaşını və 3 qurumunu 2016-cı ildəki seçkilərə müdaxilə etməkdə ittiham etmişdi.

 

Gununsesi.info