ABŞ, Böyük Britaniya və Avstraliya HƏMAS-ın maliyyə şəbəkələrini və tərəfdarlarını hədəf alan yeni sanksiyalar elan ediblər. Açıqlamaya görə, sanksiya siyahısına daxil edilənlər arasında Qəzzada və Türkiyədə yerləşdiyi bildirilən bir şirkət də var.
Gununsesi.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi nəzdində Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) açıqlamasına görə, HƏMAS oktyabrın 7-də İsrailə hücumundan sonra beşinci dəfə sanksiyalara məruz qalıb.
Açıqlamaya görə, son sanksiyalarla Qəzzada Həmasla əlaqəli maliyyə mübadiləsi şəbəkələri, onların sahibləri, ortaqları və kripto valyutalar da daxil olmaqla pul köçürmələrində mühüm rol oynayan qurumlar müəyyən edilib.
Bildirilib ki, bu pul köçürmələri İran İnqilab Keşikçilərinin (SEPAH) Qüds qüvvələrindən Qəzzada fəaliyyət göstərən Həmas və İslami Cihad təşkilatına edilib.
ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelson bildirib ki, “Həmas, təşkilatın terror fəaliyyətini dəstəkləmək üçün vəsait köçürmək üçün kriptovalyutanın sui-istifadəsi də daxil olmaqla, müxtəlif maliyyə transfer mexanizmlərindən istifadə etməyə çalışıb”
ABŞ Dövlət Departamentinin mükafat açıqlamasında bildirilib ki, HƏMAS-ın gəlir mənbələri və maliyyə mexanizmləri: Həmas donorları, HƏMAS adından ikili istifadə texnologiyasının əldə edilməsində iştirak edən qabaqcıl şirkətlər və HƏMAS üzvlərinin cəlb olunduğu cinayət sxemləri haqqında məlumatın verilməsi daxildir.
Sanksiya siyahısında olanlar arasında İran İnqilabı Keşikçiləri Qüds qüvvələrindən Həmas və İslami Cihada pul köçürməsində rol oynadığı deyilən Şamlax ailəsinin üzvləri də var. Qəzzada olan Züheyr Şamlaxın İrandan HƏMAS-a milyonlarla dolların köçürülməsinə şərait yaratdığı bildirilir.
Züheyrin HƏMAS-ın hərbi qanadı olan İzzəddin Əl Qəssam briqadaları üçün “Al Markaziya” və “Arab China Trading Company” adlı şirkətlər vasitəsilə pul köçürdüyü qeyd edilir.
Açıqlamada qeyd olunur ki, Züheyr ən azı 2017-ci ildən Qəzzada terror qruplaşmalarına pul köçürmə prosesində iştirak edir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Qəzzada və Türkiyədə yerləşən “Al Markaziya” şirkəti Zühairə məxsusdur və şirkət ailə üzvləri tərəfindən idarə olunur. Açıqlamada “Arab China Trading Company” adlanan şirkətin Qəzza və Türkiyədə də filiallarının olduğu bildirilir.
İrandan HƏMAS-a pul axınında Şamlax Əhməd, Şamlax Alaa və Şamlax İmad adlı şəxslər mühüm rol oynayıblar. Qeyd olunur ki, Şamlax Alaa “Al Markaziyah” şirkətinin Türkiyədəki filialının yeganə əməkdaşı və məsul şəxsdir.
ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada, “qrupun xaricdə maraqlarını təmsil edərək və maliyyə işlərini idarə etməklə HƏMAS-ın zorakı məqsədlərini güdən” əsas fiqurların sanksiya siyahısına daxil edildiyi bildirilib.
Gununsesi.info