ABŞ-dan yenidən Yəmənə hava zərbələri endirib

  • By admin
  • 24 Aprel 2017 23:44

abs yemen zerbe

ABŞ təyyarələri Yəmənin Məğrib və Şebve vilayətlərində Əl Qaidə mövqelərinə hava zərbələri endirib.

Gununsesi.info-nun axar.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon sözçüsü Ceff Devis məlumat verib.

“28 fevraldan bəri Əl-Qaidənin Ərəbistan yarımadası üzrə fəaliyyət göstərən qanadına qarşı 80-dən çox hücum təşkil etmişik. Bəlli olan terror qruplarına qarşı fəaliyyətimiz Ceff Devis davam edəcək. ABŞ Hərbi Hava Qüvvələri Yəmən hökumətinə dəstək vermək üçün mərhələli əməliyyatlar keçirir”, – Devis bildirib.

Qeyd edək ki, ABŞ qırıcılarının Yəmənə aviazərbələri nəticəsində xeyli dinc sakinin öldüyü barədə məlumatlar da yayılır.

Gununsesi.info