ABŞ diplomatı Allahşükür Paşazadə ilə sülh prosesində dini icmaların rolunu müzakirə edib -FOTO

  • By Admin08
  • 30 Sentyabr 2025 22:46

ABŞ-nin Müvəqqəti İşlər vəkili Emi Karlon Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən ənənəvi dini konfessiyaları təmsil edən QMİ Məşvərət Şurasının üzvləri ilə görüşüb.

Gununsesi.info bildirir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında yazılıb.

Xanım Karlon avqustun 8-də keçirilən Vaşinqton Sammitinin əhəmiyyətini vurğulayaraq, dini icmaların Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması və firavan gələcəyin qurulmasında oynadığı mühüm rolu xüsusi qeyd edib.

 

Gülxanım Əliyeva
Gununsesi.info