ABŞ diplomatı iclasda yatıb qaldı

  • By admin
  • 06 İyul 2017 12:35

595de4d27af507106c0c65c9

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada Suriya mövzusunda təşkil olunmuş konfransda ABŞ-ı təmsil edən diplomat Stüart Cons divanda yatarkən görüntülənib.

Cons konfransda müzakirə olunan məsələləri izləmək üçün ABŞ hökuməti tərəfindən Astanaya göndərilib.

Sosial şəbəkələrdə diplomatın bu hərəkəti gülüş doğurub. Yazılan şərhlərdə bu görüntü ABŞ-ın Suriya məsələsinə laqeyd yanaşması kimi qiymətləndirilib.

Gununsesi.info