ABŞ dollarının ən baha məzənnəsi 1.9300 AZN olub

  • By admin
  • 24 Yanvar 2017 16:10

dollar

Yanvar ayının 24-də Azərbaycan bankları arasında kassa qalığından asıllı olaraq dollar satışını həyata keçirən bankların sayı artıb.

 Gununsesi.info-nun xəbərinə görə, bu tip  banklarınsayı 7-yə çatıb. Belə ki,  yanvarın 24-də  ABŞ  dollarını  ən yüksək qiymətlə (1.8800 AZN) alan  bank “Kapital Bank” dır.

Dolları ən aşağı qiymətə (1.8002 AZN) alan bank  isə “Yapı Kredi Bank ”dır. Bu bankda dolların alış qiyməti manatdır.

ABŞ dollarının  ən baha məzənnəsi 1.9300 AZN olub. Bu qiymətə  dolları “Bank of Baku”, “Access Bank”, “CDBank” və Pakistan Milli Bankının Bakı filialı satıb.

ABŞ dollarının ən aşağı satış qiyməti isə  (1.8950 AZN ) “Azərpoçt”dur.

Gülnaz Qənbərli

Gununsesi.info