Fələstin tərəfdarı nümayişçilər ABŞ Dövlət Departamentinin binası qarşısına toplaşaraq qurumun əməkdaşlarını “istefaya” çağırıblar.
Gununsesi.info xəbər verir ki, Vaşinqtonda Dövlət Departamentinin binasının girişində toplaşan nümayişçilər xarici siyasət əməkdaşlarına qarşı “İstefa edin. İşinizi tərk edin. İsrail qırğınında şəriksiniz” şüarları səsləndiriblər.
İsrailin Qəzzaya hücumlarına və mülki vətəndaşların öldürülməsinə etiraz edən fəallar “İsrail irqçiliyinə gedən bütün ABŞ vəsaitlərinə son qoyun” yazılı lövhələr daşıyaraq ABŞ Dövlət Departamentinin bağlanması lazım olduğunu bildiriblər.
ABŞ-ın Qəzza ilə bağlı xarici siyasətini tənqid edən etirazçılar Dövlət Departamentinin binasının bütün qapılarını tutub, çölə çıxan işçiləri fitə basıblar.
Daha sonra paytaxtdakı Fələstin Xalq Muzeyi qarşısında toplaşan başqa bir nümayişçi İsrailin Qəzzaya hücumlarında həyatını itirənlərin xatirəsini yad edib.
Fəallar fələstinli qurbanlar üçün şam yandırıb və atəşkəsə çağırıblar.
“New York Times”ın İsrailyönlü xəbər siyasətinə reaksiya verən bir qrup fəal axşam saatlarında qəzetin Nyu-Yorkdakı baş qərargah binasının foyesini qısa müddətə zəbt ediblər.
Fəalların sosial media platformasında paylaşdıqları görüntülərdə
Nümayişçilər birlikdə həyatını itirən minlərlə fələstinlinin adlarını bir-bir oxuyublar.
Gununsesi.info