ABŞ Dövlət Departamenti “Media haqqında” qanunu tənqid etdi

ABŞ Dövlət Departamenti Milli Məclisin qəbul etdiyi yeni “Media haqqında” qanunla bağlı açıqlama yayıb.
Gununsesi.info xəbər verir ki, Dövlət Departamentinin sözçüsü bu barədə açıqlamasında deyib: “Biz narahatıq ki, Azərbaycan parlamenti “Media haqqında” təklif olunan qanunun ratifikasiya edilməsi üçün Prezident Administrasiyasına göndərilməsində tələsib”.
“Ümid edirik ki, Prezident Administrasiyası qanun layihəsinə baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qrupların rəylərini diqqətlə nəzərdən keçirəcək”, – sözçü əlavə edib. “Biz məsələni yaxından izləməyə davam edəcəyik”.
Media qurumları üçün verilənlər bazası yaradan və jurnalistlərin dövlət qeydiyyatına alınmasını tələb edən qanun layihəsi dekabrın 30-da Azərbaycan parlamenti tərəfindən qəbul edilib və hələ prezident tərəfindən imzalanmayıb.
Yerli media və hüquq qrupları bildiriblər ki, bu qanun Azərbaycanda ifadə azadlığına geniş məhdudiyyətlər qoyma potensialına malikdir.

Günay
Gununsesi.info

HTML tutorial