ABŞ Dövlət Departamentindən jurnalistlərin saxlanılmasına reaksiya

  • By admin
  • 07 Mart 2024 14:42

ABŞ Bakıda jurnalistlərə qarşı hərəkətlərdən “dərin narahatlıq” keçirir.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda keçirdiyi brifinqdə deyib.

O, “Azərbaycanı fundamental azadlıqlardan yararlanan vətəndaşlara qarşı təzyiqləri dayandırmağa çağırıb”.

“Amnesty International”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” Azərbaycan hakimiyyətini jurnalistləri dərhal azad etməyə, onlara qarşı ittihamları ləğv etməyə çağırıb.

Qeyd edək ki, dünən “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. İnternet televiziyasının bir neçə əməkdaşı saxlanılıb.

 

Gununsesi.info