ABŞ Dövlət Departamentindən növbəti dəfə hökumətə çağırış - YAP-çı DEPUTAT İSƏ DEYİR Kİ...

“Vaşinqton Azərbaycandakı jurnalistlərin, müxalifət fəalların və hökümət tənqidçilərin son həbslərini “qəbuledilməz” adlandırıb. ABŞ insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çagırır”.

Gununsesi.info bildirir ki, bunu Dövlət departamentin mətbuat katibi Metyu Miller brifinqində deyib.

“Son zamanlarda jurnalistlərin, vətəndaş cəmiyyətinin fəalları və müxalifət xadimlərinin tutulması tendensiyası bizi dərin narahat edir”, Miller müxalifətçi Tofiq Yaqublunun və digər tənqidçilərin həbsini Turan-ın sualına cavabda deyib. “Ondan çox tənqidçi yalnız son bir ayda tutuldu. Bu yolverilməzdir!”

Milli Məclisin YAP-dan olan deputatı Musa Quluyev isə Gununsesi.info-ya açıqlamasında baş verən həbslərin məqsədli olmadığını deyib.

“Bu həbsləri siyasi hakimiyyətin sifarişi adlandırmaq doğru deyil. Ortada məhkəmə qərarı olmadan da buna münasibət ifadə etmək yanlışdır” deyə deputat bildirib.

Afət Abbasova

Gununsesi.info