ABŞ Dövlət Departamenti Konqres əlavə maliyyə tələbini təsdiqləməsə, Rusiyanın təcavüzü ilə mübarizə aparan Ukrayna üçün təhlükəli nəticələrlə bağlı xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ administrasiyasının əlavə müraciətlə bağlı Konqres səsverməsi olmadan Ukrayna üçün başqa maliyyə mənbəyi yoxdur.
“Biz gözləyirik və ümid edirik ki, Konqres mümkün qədər tez və operativ şəkildə hərəkətə keçəcək ki, biz bu müddət ərzində ukraynalı tərəfdaşlarımızı dəstəkləmək üzrə öhdəliklərimizi yerinə yetirməyə davam edə bilək”, – Patel bildirib.
Onun sözlərinə görə, bu, təhlükəsizlik, iqtisadi və humanitar sahələrə aiddir.
“Ancaq bunu edə bilməsək, bunun real, qanuni, hiss olunan nəticələri olacaq. Və son nəticədə Ukrayna xalqı və onun Rusiya təcavüzü ilə mübarizədəki səyləri zərər görəcək”, – Dövlət Departamentinin rəsmisi əlavə edib.
Pentaqon Konqresi həm açıq, həm də özəl olaraq tələbi təsdiqləməyə çağırmağa davam edəcəyinə söz verib.
Bundan əvvəl ABŞ Ukraynaya yardımla bağlı qərarın mümkün qədər tez qəbul edilməsinin vacibliyini bəyan edib və bildirib ki, yaxın bir neçə ay kritik olacaq.
KİV-in məlumatına görə, Amerika prezidenti Co Baydenin əsas köməkçiləri Konqresdə qapalı iclasda xəbərdarlıq ediblər ki, Ukraynaya əlavə hərbi yardımın təsdiqi olmadan cəbhədə ciddi çətinliklər yarana bilər.
Gununsesi.info