ABŞ dövlət katibi “humanitar atəşkəs”in uzadılmasını müzakirə etmək üçün İsrailə gəldi

  • By admin
  • 30 Noyabr 2023 10:01

ABŞ dövlət katibi Antoni Blinken İsrail və HƏMAS arasındakı münaqişədə “humanitaratəşkəs”in uzadılmasını müzakirə etmək üçün Təl-Əvivə gəlib.

Gununsesi.info xəbər verir ki, Blinkenin oktyabrın 7-də başlayan üçüncü Yaxın Şərq turnesinin ilk dayanacağı İsrail olub.

Səfər zamanı Blinkenin İsrail rəsmiləri ilə “humanitar fasilə”, Həmas tərəfindən saxlanılan məhbusların azad edilməsi və Qəzzaya yardım məsələlərini müzakirə edəcəyi gözlənilir.

Blinken İsraildəki təmaslardan sonra Yaxın Şərq turunu davam etdirəcək.

Gununsesi.info