
ABŞ-ın dövlət katibi Con Kerri Respublikaçı alternativ hərəkatının icraçı katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb.
Gununsesi.info-nun məlumatına görə, bu barədə dövlət katibinin bəyanatında bildirilir.
Dövlət katibi eyni zamanda sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum ərəfəsində açıq və kütləvi dialoqu dəstəklədiyini də qeyd edib.
Qeyd edək ki, Natiq Cəfərli avqust ayında həbs edilmişdi. O, bu günlərdə azadlığa buraxılıb.
Gununsesi.info