ABŞ dövlət katibi Rubio Ər-Riyadda vəliəhd şahzadə Salmanla görüşüb

  • By Admin2
  • 18 Fevral 2025 10:45

ABŞ dövlət katibi Marko Rubio Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rubio və Salman Qəzzada atəşkəsin həyata keçirilməsinə və Həmas-ın bütün girovları azad etməsinə dair öhdəliklərini təkrarlayıblar.

Dövlət katibi 1945-ci ildə (ABŞ) USS Quincy gəmisində prezident Franklin Ruzveltlə Kral Əbdüləziz arasında görüşünün 80-ci ildönümündə ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinin möhkəmliyini vurğuladı.

Bəyanatda Rubionun iki ölkə arasında iqtisadi və müdafiə sahəsində əməkdaşlığın artırılmasını “səbirsizliklə gözlədiyi” və ikitərəfli tərəfdaşlığı “daha ​​da gücləndirmək əzmində” olduğu bildirilib.

Bəyanatda həmçinin regionun təhlükəsizliyinə töhfə verəcək “tənzimləmə”nin vacibliyi vurğulanıb və Qırmızı dənizin təhlükəsizliyi və gəmiçilik azadlığı da daxil olmaqla Livan və regionda ümumi maraqların irəlilədilməsi ilə bağlı fikirlərin müzakirə edildiyi qeyd edilib.

Orxan Saffari

Gununsesi.info