ABŞ Dövlət Katibi Türkiyədəki həbslərə görə Hakan Fidana narahatlığını bildirib

  • By admin
  • 26 Mart 2025 15:54

ABŞ-ın Dövlət Katibi Mark Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb

 

Gununsesi.info bildirir ki, Ribip bu görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

“Bu gün Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ilə görüşdüm. Görüşdə ticarət və təhlükəsizlik sahələrində ortaq maraqlara xidmət edən əməkdaşlıq məsələlərini müzakirə etdik. Son dövrlərdə əldə edilən ticarət nailiyyətləri əsasında ABŞ-Türkiyə münasibətləri daha da möhkəmlənir. Eyni zamanda, Ukraynada və Cənubi Qafqazda sülhün təşviqi, eləcə də İranın sabitliyi pozan fəaliyyətlərinə qarşı Suriyanın dəstəklənməsi kimi vacib məsələlərdə tərəfdaşlıq edirik. Türkiyədə son həbslər və etiraz aksiyaları ilə bağlı narahatlığımı da ifadə etdim.”

 

Günay

Gununsesi.info