ABŞ Dövlət katibi Zelenski ilə görüşə bilməyəcək

ABŞ-ın Dövlət Katibi Münhen Təhlükəsizlik Konfransına uçarkən təyyarəsinin texniki nasazlıq səbəbindən bazaya geri qayıdıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən, Dövlət Katibi Zelenski ilə görüşə gələ bilməyəcək.

Dövlət Departamentinin sözçüsü Tammy Bruce bildirib ki, Dövlət Katibi Rubionun təyyarəsi bu axşam Vaşinqtondan Münhenə gedərkən mexaniki problem yaranıb. O, əlavə edib ki, təyyarə geri dönüb və Merilend ştatındakı Endryus Birgə Hərbi Hava Qüvvələri bazasına qayıdıb.

Məlumata görə, təyyarənin ön şüşəsində yaranan problem havaya qalxdıqdan bir saat yarım sonra aşkarlanıb. Dövlət Katibi Rubio konfransa başqa təyyarə ilə uçacaq, lakin AP-nin qeyd etdiyi kimi, onun fevralın 14-də səhər Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ vitse-prezidenti J.D. Vens ilə planlaşdırılan görüşə vaxtında çatıb-çatmayacağı hələ məlum deyil.

Bildirilib ki, təyyarənin ön şüşəsində yaranan problem havaya qalxdıqdan bir saat yarım sonra aşkarlanıb. Dövlət Katibi Rubio konfransa başqa təyyarə ilə uçacaq, amma onun fevralın 14-də səhər Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ vitse-prezidenti J.D. Vens ilə planlaşdırılan görüşə vaxtında çatıb-çatmayacağı hələ bəlli deyil.

 

 

Günel

Gununsesi.info