Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, mərkəzi ABŞ-a bağlı olan Foreign Policy (FP) ABŞ-ın Dövlət katibi Reks Tillersonun BMT-nın baş katibi Antonio Quterres ilə görüşdüyü barədə məlumat yayıb. İddialara görə, görüşdə Tillerson Bəşər Əsər qüvvələrinin taleyini Rusiyaya təhvil verməyə hazır olduqlarını bildirib.
Həmçinin, iddia olunur ki, Tillerson ABŞ-ın İŞİD-i məğlub etməsi ilə bağlı müəyyən məhdudiyyətləri dilə gətirib.
Vaşinqton hökumətinin Suriyadakı əsas vəzifəsinin İŞİD-i məhv etmək olduğunu vurğulayan dövlət katibi ABŞ-ın Suriya ordusuna köməyinin yalnız hücumların qarşısını almaq və koalisiya qüvvələrini qorumaqdan ibarət məhdud fəaliyyətlər olduğunu bildirib.
Gununsesi.info