ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

  • By admin
  • 05 Dekabr 2023 07:44

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen dekabrın 6-8-də Azərbaycana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, dövlət katibinin köməkçisi Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək.

Gununsesi.info