ABŞ Dövlət katibinin köməkçisi Bakıya gəlir

ABŞ Dövlət katibinin köməkçisi Bakıya gəlir

Robin Dunigan

 

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Robin Dunnigan-ın Azərbaycana səfəri gözlənilir. Bunu Azadlıq Radiosuna ABŞ səfirliyindən deyiblər. Səfirlikdən bildirilib ki, R.Dunnigan «Xəzər nefti və qazı» illik beynəlxalq sərgisində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. «Caspian Oil&Gas 2016» – XXIII beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransı iyunun 1-dən 4-nə kimi Bakıda keçirilməlidir.

COMMENTS