ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink aprelin 14-16-da Çinə səfər edəcək.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Çin və Tayvan məsələləri üzrə baş direktoru Sara Beran da Çinə gedəcək. ABŞ rəsmiləri açıq ünsiyyət xətlərini saxlamaq və rəqabəti məsuliyyətlə idarə etmək üçün birgə səylər çərçivəsində Çin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Gununsesi.info