ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Bakıda LGBTİQ+ icmasının nümayəndələrilə görüşüb.
ABŞ səfirliyinin məlumatında deyilir ki, görüşdə Amerikanın LGBTQİ+ ilə bağlı şəxslərin ləyaqətini dəstəklədiyi vurğulanıb.
Görüşdə Cavid Nəbiyev, Rəbiyyə Məmmədova və Əli Məlikov iştirak ediblər.
“İyun qürur ayıdır! 50 ildən artıqdır ki, dünyanın hər yerindən adamlar LGBTIQ+ nümayəndəsinin hüquqlarını qeyd etmək, uğrunda mübarizə aparmaq üçün bir araya gəlirlər”, – məlumatda deyilir.
Gununsesi.info