ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir – Masada nələr müzakirə ediləcək?

  • By admin
  • 25 Fevral 2020 11:50

ABŞ Dövlət katibinin köməkçisinin Enerji ehtiyatları bürosunda müavini Kurt Donnelli fevralın sonunda Bakıya səfər edəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.

K.Donnelli Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 6-cı iclasında iştirak edəcək.

Qeyd edək ki, Məşvərət Şurasının iclası fevralın 28-də keçiriləcək.

Gununsesi.org