ABŞ dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir

  • By admin
  • 18 Noyabr 2016 11:54
abs
Cənubi Qafqaz ölkələrində səfrdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks  bazar günü axşam Azərbaycana gələcək.
Bu barədə Gununsesi.info-ya  ABŞ-ın Azərbaycandakı səfərliyindən bildirilib. Səfirlikdən bildirilib ki, Bricet Brinksin Bakıda  rəsmi görüşləri həftənin bazar ertəsi reallaşacaq. O ölkə başçısı İlham Əliyev, Xarici işlər naziri Elmar Məmmədyarovla, digər rəsmilərlə görüşü gözlənilir. Bundan əlavə olaraq  onun siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü istisna deyil.
Qeyd edək ki, B. Brinks hazırda Ermənistanda səfərdədir. 
Mürtəza 
Gununsesi.info